İranın eks-prezidenti Mahmud Əhmədi Nejadın köməkçisi olmuş Məhəmməd Rza Rəhimi korrupsiya əməlində ittiham olunaraq, 5 il 91 gün həbs cazasına məhkum olunub. SİA "irna" agentliyinə istinadən xəbər verir ki, Tehranın cəza məhkəməsi bundan öncə prezident köməkçisinə 15 il həbs cəzası istəmişdi. Eyni zamanda ona korrupsiya vasitəsilə əldə etdiyi 2 milyard 850 min İran tümənini (826 min dollar) dövlətə qaytarması ilə yanaşı, 1 milyard İtan tüməni məbləğində (290 min dollar) pul cəzası da kəsilmişdi.
Lakin Rəhimi bu qərara etiraz əlaməti olaraq, apellyasiya şikayəti verib. Məhkəmə isə həmin şikayəti təmin edərək, ona 5 il 91 gün həbs cəzası kəsib.
Qeyd edək ki, eks-prezident Mahmud Əhmədinejadın köməkçisi vəzifəsini icra etmiş Məhəmməd Rza Rəhimi həmin dövrlərdə bir sığorta şirkətində korrupsiya əməli törədərək, külli miqdarda maliyyə vəsaiti əldə etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB