İŞİD qruplaşmasının yaraqlıları iki yapon girovu edam edəcəkləri ilə hədələyirlər. Terrorçular girovların həyatı üçün 200 milyon dollar tələb edirlər. Pulun çatdırılması üçün 72 saat vaxt qoyulub. Rusiyanın NTV telekanalı xəbər verir ki, internetdə yerləşdirilmiş videoyazıda girovlar narıncı geyimdə göstərilib. İŞİD Yaponiyanın "müsəlmanların qadın və uşaqlarının öldürülməsinə, evlərinin yandırılmasIna 100 milyon dollar ayırdığına görə" girov götürülmüş yaponları cəzalandıracaqlarını bildirirlər.
Tokio hələlik videonu şərh etmir.
Qeyd edək ki, İŞİD-in qurbanları arasında indiyədək yaponlara təsadüf olunmayıb. Terrorçu qruplaşma kamera qarşısında amerikalı və avropalı girovları edam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB