Rusiyanın ən yoxsul şəhərləri arasında yer tutan 3 şəhərin adı bəlli olub. Rusiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə Universitetinin araşdırmasına görə ən yoxsul şəhərlər Tolyatti, Həştərxan və Penzadır.
700 min əhalisi olan Tolyatti şəhərində yaşayan insanların 13 faizi çox yoxsul səviyyədədirlər. Bununla yanaşı şəhər sakinlərinin 57 faizi az təminatlı hesab edilir.
530 min əhalisi olan Həştərxanda bu rəqəm 56, 520 min əhalisi olan Penzada isə 53-dür.
Vladivostok (40 faiz az təminatlı), Moskva (43) və Yekaterinburq (46) isə ən yaxşı yaşayanlar siyahısına liderlik edirlər.
Ötən ilin dekabrında Rusiya baş nazirinin müavini Olqa Qolodeç bəyan edib ki, Rusiya əhalisinin 15.7 milyonu yoxsul vəziyyətdə yaşayır: "İnflyasiyaya görə onların sayı günbəgün artır. Əmək haqqının alıcılıq qabiliyyəti isə getdikcə aşağı düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB