Polşalılar prezidentliyə namizəd olan bu gözələ bənd oldu FOTO

Polşalılar prezidentliyə namizəd olan bu gözələ bənd oldu FOTO

Polşada fəaliyyət gösətərən solçu partiya – SLD-dən qarşıdan gələn prezident seçkilərinə ilginc namizəd irəli sürülüb. SİA "hurriyet"e istinadən xəbər verir ki, həmin namizəd sarışınlığı və gözəlliyi ilə göz qamaşdıran Maqdalena Oqorekdir. Artıq bu qadının namizədliyi barədə həm mətbuatda, həm də sosial şəbəkələrdə çoxsaylı fikirlər yazılmaqdadır. Həmin fikirlərdə bildirilir ki, 35 yaşlı namizəd öz gözəlliyi ilə hər kəsi ovsunlayıb.

Eyni zamanda, Maqdalena Oqorekin tarix üzrə elmlər doktoru olması ilə yanaşı, onun kitablar yazması, televiziya aparıcılığı etməsi, seriallara çəkilməsi o cümlədən, çox populyar bir insan olması barədə fikirlər yer alamaqdadır. Lakin bütün bunlarla yanaşı, xanım namizədin dövlət idarəçiliyi sistemində bacarığının olmaması da bildirilir.

Maraqlıdır ki, ki, Oqorekin SLD tərəfindən prezidentliyə namizəd kimi iərli sürülməsi polyak xalqı tərəfindən ilk olaraq, zarafat kimi qiymətləndirilmişıdi. Ancaq sonradan, onun ölkə hakimiyyəti başçılığına iddiası rəsmən açıqlanıb. Polşa mətbuatı yazır ki, sarışınlığı və gözəlliyi ilə göz qamaşdıran Maqdalenanın namizədliyini irəli sürən SLD rəhbərliyi onun bu üstünlüklərinin seçkilərdə səs çoxıuğu əldə edəcəyini düşünür. Beləliklə, seçki strateqləri də artıq proqnoz verməkdə çətinliklərlə üzləşiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə