ABŞ-dan vətəninə geri dönən Hindistan vətəndaşı həmyerlilərini "İslam Dövləti" terror təşkilatı sıralarına cəlb etdiyinə görə, ötən gecə Heydərabaddakı Raciv Qandi adına beynəlxalq hava limanında xüsusi təyinatlılat tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. SİA xəbər verir ki, bu barədə "itar tass" agentliyi məlumat yayıb. Operativ məlumatlara görə, 32 yaşlı mühəndis Salman Mainuddin Hyüston universitetinin magistraturasını bitirib. O, Hindistana 2014-cü ilin oktyabrında daxil olub.
"Hindistanda olduğu müddətdə o, ölkə ərazisindəki gənclərə "İslam Dövləti" barətədə təbliğatlar aparıb. Salman Mainuddin bunu sosial şəbəkə vasitəsilə həyata keçirib"-deyə hüquq-mühafizə orqanlarından mətbuata bildirilir. Belə ki, o, "facebook"da çoxsaylı akkauntlar açaraq, müxtəlif adlar altında silahlı qruplar yaradaraq, həmin qrupların İraqa və Suriyaya cihada getməsi istiqamətində işlər aparıb.
Eyni zamanda, "İslam Dövlti" üzvünün Yaxın Şərqə gedərək, terrorçulların düşərgəsində təlim keçməyə hazırlaşdığı da qeyd olunur. Məhz bundan sonra o, Hindistana yenidən geri dönərək, orada təxribatlar törətməliydi.
Məhz belə bir məqamda Hindistanın xüsusi xidmət orqanları Salman Mainuddinin Dubay üzərindən Suriyaya, yaxud da Türkiyəyə uçacağını müəyyənləşdiriblər. Ekstremist belə hesab edib ki, bu cür dolaşıq reyslə o, üzərində olan izləmədən yayına bilərdi. Lakin onun bu planı baş tutmayıb.
Hindistanın xüsusi xidmət orqanları müəyyən ediblər ki, o, "İslam Dövləti sıralarına ABŞ-da qoşulmaq qərarına gəlib. Onu bu işə İslamı qəbul etmiş britaniyalı rəfiqəsi, Niki adını dəyişərək, Aişəyə çevirən bir qadın cəlb edib. Bu qadın gizli şəkildə fəaliyyət göstərib və sosial şəbəkədə "İslam Dövləti"nin təbliğatını aparıb. Salman isə Dubaya çatan kimi, Ayişə onunla birgə ya Suriyaya, ya da İraqa getməli imiş. O, eyni zamanda Hundistan qanunvericiliyinə görə, kibercinayət əməllərində də ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB