Yaxın günlərdə Norveçin şimalında - Tromsö şəhərində Arktika Pilotsuz Təyyarələr Mərkəzi açılacaq. Mərkəz pilotsuz təyyarələr üçün yeni texnologiyaların işlənib hazırlanması ilə məşğul olacaq.
Mərkəzin yaradılması pilotsuz təyyarələrdən - dronlardan mülki məqsədlərlə istifadəni təbliğ etmək məqsədi daşıyır. Məsələn, Norveçdə pilotsuz təyyarələrdən xəritələrin tərtib edilməsi, elmi tədqiqatlar, iqlim dəyişikliklərini müşahidə etmək üçün istifadə olunur. Dronlar, xüsusən, şimali bölgələrində tətbiq olunur. Bu da Arktikanın coğrafi, iqlim və təbii şəraiti, habelə Arktika zonasında beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlıdır.
Yeni mərkəz pilotsuz təyyarə istehsalı texnologiyalarının tədqiqinə və işlənib hazırlanmasına istiqamətlənmək ilə bərabər, bu sahədə digər mərkəzlər ilə əməkdaşlığı da təmin edəcək.
Layihənin iştirakçısı olan Tromsö Universitetində mərkəzin yaradılması ilə əlaqədar xüsusi üçillik mühəndislik təhsili proqramı açılacaq, burada gələcək dronqayıranlara 20 yer ayrılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB