Antarktidada itən rusiyalı deputatlar tapıldı

Antarktidada itən rusiyalı deputatlar tapıldı

Rusiya Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Oleq Savçenko Antarktidada yoxa çıxıb. Məlumata görə, Dövlət Dumasının üzvləri Antarktidanın ən yüksək zirvəsi olan Vinson zirvəsinə qalxmağı və orada Rusiya bayrağını qaldırmağı planlaşdırırdılar.

Bu çətin zirvəni fəth etmək üçün deputatlar Cənubi Amerikaya yollanıblar və orada And dağlarının bəzi zirvələrinə qalxaraq məşq ediblər. Antarktidaya ekspedisiya zamanı bir sutkadan çoxdur itən rusiyalı deputatlarla rabitə əlaqəsi yaratmaq mümkün olub. Sidyakinin və Savçenkonun səyahətini təşkil edən turizm firması deputatlarla əlaqə saxlaya bilib.

Məlumata görə, rusiyalı deputatların Viskon zirvəsinə ekspedisiyası hazırda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə