Fransada nəşr olunan digər bir həftəlik satirik nəşrə – "Canard enchaine"yə elektron poçt vasitəsilə təhdid məktubu göndərilib. SİA-nın əldə etdiyi məlumata görə, "Charlie Hebdo" satirik nəşrinə olan terror hücumundan sonra bu, növbəti fransız nəşrinə edilən ilk təhdiddir. Belə ki, adıçəkilən nəşrə göndərilən məktubda bildirilib: "İndi növbə sisizndir". Təhdid məktubunda o da qeyd olunub ki, "Charlie Hebdo" nəşrinin odlu silahla öldürülən əməkdaşlarından fərqli olaraq, "Canard enchaine"nin işçiləri balta basitəsilə həyatlarını itirməli olacaqlar.
Baş verən hadisə ilə bağlı redaksiyanın təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçib və Fransanın baş prokuroru jurnalistlərin ünvanına edilən terror təhdidinin araşdırılması ilə bağlı təlimatlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB