Corcio Napolitano sabah saat 11:00 radələrində istefa ərizəsi yazacaq. Bu barədə İtaliya KİV-i yazır. Bundan sonra isə prezident dəftərxanasının baş katibi istefa ərizəsinin üç ədəd surətini İtaliyanın baş naziri Matteo Rensiyə, eləcə də milli parlamentin yuxarı və alt palatalarının rəhbərləri – Laure Boldrunlə Pyetro Grassoya təqdim edəcək. Bu barədə daha təfsilatlı ölkənin "Il Sole 24 Ore" nəşri yazıb.
Nəşr yazır ki, 89 yaşlı prezident istefasından sonra Kvirinall sarayını tərk edərək, şəxsi rezidenturasına köçəcək. Məhz bundan sonra senatın sədri Pyetro Grasso müvəqqəti olaraq, prezident vəzifəsini icra edəcək. Eyni zamanda, Napolitano ömürlük senator kimi qalmaq hüququnu daşıyır.
Qeyd edək ki, Corcio Napolitano İtaliya tarixinə ikinci müddətə seçilmiş ilk prezident kimi düşüb. Lakin 2013-cü ildə ikinci dəfə prezident seçilərkən, o bir neçə dəfə bəyan etmişdi ki, postunu vaxtından əəvvəl tərk edə bilər. İtaliya Konstitusiyasına görə, ölkə prezidenti İtaliya parlamentinin hər iki palatasının birgə keçirdiyi iclasında seçilir. Prezidentlik müddəti isə 7 ildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB