Kipr istiqamətindən gələn siklon Yaxın Şərqdə havaların kəskin soyumasına, tufanla müşayiət olunan leysan yağışlara, dolu və qar fırtınasına səbəb olub. Kəskin havalar artıq bir həftədən çoxdur ki, davam edir. Livanda güclü qar nəticəsində strateji şose olan Beyrut-Dəməşq avtomobil magistralı nəqliyyatın hərəkətinə bağlanıb. Təbii fəlakət sahilyanı rayonlarda sel və daşqınlara səbəb olub, evləri və restoranları su basıb.
Suriya qaçqınlarının Livanın şimalında və şərqində yerləşən düşərgələrindəki vəziyyət BMT-nin humanitar agentliyinin ciddi narahatlığına səbəb olub. Suriyada qar yağması, yolların buz bağlaması səbəbindən Dəməşq Dövlət Universitetinin bir sıra filiallarında imtahan sessiyasının vaxtı dəyişdirilib.
Analoji vəziyyət İsraildə və Kiprdə də müşayiət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB