Rusiya tərəfi bəyan edib ki, onlar lazım olarsa, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi və onun yaxın ətrafını Ukrayna hökumətinə təhvil verə bilərlər. SİA xəbər verir ki, "interfax.ru"-nin yazdığına görə, Yanukoviç və tərəfdarları Ukrayna hökuməti tərəfindən beynəlxalq axtarışa verildikdən sonra mövcud vəziyyətlə tanış olan mənbə bu barədə danışıb.
"Rəsmi kanallar tərəfindən müvafiq müraciət olarsa, Rusiya tərəfi beynəlxalq və milli qanunvericilik əsasında öz mövqeyini bildirəcək"-deyə adının çəkilməsini istəməyən mənbə bildirib. Onun sözlərinə görə, Rusiya hökuməti Ukraynanın keçmiş prezidentinin axtarışa verilməsini "aşkar siyasi motiv" kimi qiymətləndirib.
Bu baxımdan,bildirilib ki, beynəlxalq və Rusiya qanunvericiliyinə görə, siyasi təqibdə olan şəxslərin təhvil verilməsi həmin qanunlara cavab vermir.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, İnterpolun xüsusi komissiyası Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin, oğlu Aleksandr Yanukoviçin, keçmiş baş nazir Nikolay Azarovun və digər yüksək vəzifə tutmuş şəxslərin beynəlxalq axtarışını elan edib.
İnterpolun baş katibliyinin beynəlxalq polis təşkilatı saytında Viktor Yanukoviçin axtarış sirkulyarı və fotoşəkli yerləşdirilib. Sənəddə qeyd edilib ki, Ukraynanın eks-prezidenti dövlət əmlakını mənimsəmədə, xərcləmədə təqsirli bilinir və o bu cinaytləri yaxın ətrafı ilə həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB