“Charlie Hebdo” yenidən peyğəmbərin karikaturasını dərc edəcək ŞOK

“Charlie Hebdo” yenidən peyğəmbərin karikaturasını dərc edəcək ŞOK

"Charlie Hebdo" nəşrinin vəkili Rişar Malka bəyan edib ki, təmsil etdiyi dərgi növbəti buraxılışında yenidən Məhəmməd Peyğəmbərin karikaturasını dərc edəcək. SİA xəbər verir ki, o, bu barədə Fransa radiosuna müsahibəsində deyib.

"Biz geri çəkilməyəcəyik, əgər çəkilsək, etdiklərimizin heç bir mənası olmayacaq" -deyə, fransız vəkil bildirib.

Dərginin baş redkatoru Jerar Biar isə deyib ki, onlar nekroloq nömrəsi hazırlamayacaqlar: "Çünki hüzünlü görünmək dərginin kompleksində deyil.

Yeni buraxılış gələn həftənin çərşənbə günü satışa çıxarılacaq və daha öncəki 60 minlik tiraj bir milyonluq tirajla əvəzlənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə