İraq hökuməti beynəlxalq koalisiyanı ittiham etdi

İraq hökuməti beynəlxalq koalisiyanı ittiham etdi

İraqın baş naziri Hayder əl-Abadi "İslam Dövləti"nə hava zərbələri endirən beynəlxalq koalisiya qüvvələrini sərt şəkildə tənqid edib. Baş nazir deyib ki, koalisiya İraq ordusunun irəliləməsi istiqamətində öncədən əldə edilmiş razılaşmanı çox gec şəkildə reallaşdırmaqdadır. SİA-nın məlumatına görə, Hayder əl-Abadi Misirə səfəri zamanı jurnalistlərə açıqlamasında bu fikirlərini irəli sürüb.

"Beynəlxalq koalisiya qvvələrinin dəstəyi çox yavaş şəkildə həyata keçirilirdi. Sadəcə son günlər bu istiqamətdə az da olsa sürətlənmə müşahidə olunur" -deyə, irqalı baş nazir deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə