Cənubi Koreya prezidenti Kim Çen Inla görüşməyə hazırdır DİALOQ

Cənubi Koreya prezidenti Kim Çen Inla görüşməyə hazırdır DİALOQ

Cənubi Koreya prezidenti Pak Kın Xe bəyan edib ki, heç bir şərt irəli sürmədən, Şimali Koreyanın lideri Kim Çen Inla görüşməyə hazırdır.

SİA-nın məlumatına görə, o bu sözlərini televiziyaya verdiyi müsahibəsində deyib. "Mənim mövqem ondan ibarətdir ki, bir millətin bölünməsi acısını aradan qaldırmaq üçün kimliyindən asılı olmayaraq, hər kəslə görüşməyə hazıram və bu birləşmənin sülh yolu ilə başa çatmasını istəyirəm. Əgər bu mövqem səmərəli olarsa, Şimalla heç bir şərt olmadan, sammit keçirməyə də hazıram" -deyə, cənubi Koreyanın rəhbəri bildirib.

Ekspertlər belə hesab edirlər ki, Pak Kın Xe bu ifadələrini Kim Çen Inınn yeni il münasibəti ilə xalqına etdiyi müraciətinə cavab olaraq işlədib. Şimali Koreya lideri həmin müraciətində deyib ki, sammitin keçirilməməsi üçün hər hansı bir bəhanə yoxdur və bunun üçün sadəcə müvafiq atmosfer lazımdır.

Qeyd edək ki, Pak Kın Xe həmçinin demişdi ki, Şimali Koreya dialoq müraciətinə gecikmədən cavab verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə