ABŞ prezidenti Barak Obama Fransanın paytaxtında terror hadisəsi zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr olunmuş yürüşdə iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə "france presse" agentliyi yazır.
Belə ki, Barak Obama Noksvilldə (Tennesi ştatı) çıxış edərkən, Fransa ilə həmrəy olduğunu deyib və bildirib ki, terror hadisəsi zamanı yaçananlardan üzgündür. Yanvarın 10-da isə ABŞ prezidenti Vaşinqtonda Fransa səfirliyinə gedib və başsağlığı kitabında ürək sözlərini yazıb.
Qeyd edək ki, Fransadakı yürüşdə İordaniya kralı və şahzadəsi, Fələstinin prezidenti, Belçikanın Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, İspaniyanın Polşanın, Rusiyanın hökumət rəsmiləri, eləcə də Avropa İttifaqının, NATO-nun və Avropa Şurasının rəhbərləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB