Danimarkada “Charlie Hebdo”ya hücumu sosial şəbəkədə dəstəkləyən şəxs həbs olunub

Danimarkada “Charlie Hebdo”ya hücumu sosial şəbəkədə dəstəkləyən şəxs həbs olunub

"İslama çağırış" təşkilatının 23 yaşlı nümayəndəsi Facebook səhifəsində fransız jurnalı "Charlie Hebdo" redaksiyasındakı gülləbaran dəstəkləyən yazısına görə Danimarka polisi tərəfindən həbs edilib. İstintaqın marağı baxımından adı açıqlanmayan şəxs Parisdəki hücum haqqında link yerləşdirib, eləcə də ona ərəb dilində cinayəti dəstəkləyən şərhlər yazıb.

Hazırda o, Danimarka Cinayət Məcəlləsinin 136-cı maddəsi ilə, yəni ölkənin antiterror qanunvericiliyi ilə ziddiyyət təşkil edən hərəkətinə görə ittiham olunur. Bu qanunu pozan adamların cəzası pul cəriməsindən azadlıqdan iki il müddətinə həbs arasında dəyişə bilər.

Xatırladaq ki, "Charlie Hebdo" jurnalı redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə