Türkiyə təyyarələrinə qarşı təhdidə kəskin reaksiya

Türkiyə təyyarələrinə qarşı təhdidə kəskin reaksiya

Rəsmi Ankara "Liviya Hava Qüvvələri" adı ilə fəaliyyət göstərən facebook səhifəsində Liviya ərazisindən uçan Türkiyəyə məxsus hərbi və mülki təyyarələrin vurulacağı ilə bağlı hədələrə kəskin münasibət bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, bu barədə ilk növbədə BMT Baş Katibliyinin Liviya üzrə xüsusi nümayəndəliyi məlumatlandırılıb.

Məlumatda bildirilir ki, bu cür təhdidlərin yaranmasına səbəb mülki təyyarələrə qarşı tətbiq olunan terror aktları ilə bağlı dünya birliyinin qətiyyətli olmamasıdır.

Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə