Misir Ərəb Respublikasının prezidenti Əbdül Fəttah Əl-Sisi bugünə qədər ölkə rəhbərlikləri tərəfindən heç vaxt atılmayan addım atıb. Belə ki, o ölkənin otrodoks xristianları tərəfindən keçirilən İsa peyğəmbərin mövludu bayram ayinində iştirak etməkdən ötrü kilsəyə baş çəkib. SİA "itar-tass"-a istinadən xəbər verir ki, prezident ötən gün axşam saatlarında gözlənilmədən Qahirənin mərkəzində fəaliyyət göstərən Müqəddəs Mark kilsəsinə gedərək, minlərlə koptların (Misir xristianlarının) toplaşdığı dini mərasimə qatılaraq, onları təbrik edib.
Artıq uzun illərdir ki, 7 yanvar tarixi kopt pravoslavları üçün istirahət günü hesab olunur. Lakin müasir Misir tarixində heç bir dövlət başçısı kafedral kilsəyə getməyib və xristianların bayramı ilə bağlı təbrik çıxışları etməyib. Bu baxmdan, Sisinin sözügedən addımı ölkənin 8 milyonluq koptları üçün tarixi hadisə olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB