Rusiyanın pul vahidi rubl yeni ilə dəyər itkisiylə başlayıb. Həftənin ilk günündə dollar 58,51 rubl təşkil edib. Bu gün Moskva birjasında dollar daha 3 rubl qalxaraq 64 rubla çatıb. Avronun kursu isə 3,5 rubl bahalaşaraq 76 rublu keçib.
Xatırladaq ki, rubl 2014-cü ili dollar qarşısında 40 faiz dəyər itkisiylə başa vurub. Beynəlxalq pul vahidləri qarşısında rublun zəifləməsinin başlıca səbəbi Ukrayna böhranına görə Qərb dövlətlərinin Rusiyaya maliyyə sanksiyası tətbiq etməsidir. Eyni zamanda, xam neftin qiymətində rekord eniş də rubla təsir edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB