Rusiya ordusu robotlarla silahlanır

Rusiya ordusu robotlarla silahlanır

Yaxın gələcəkdə Rusiya silahlı qüvvələrinin arsenalına robotlar əlavə olunacaq. Rusiyanın NTV telekanalı xəbər verir ki, bir neçə robot artıq yekun sınaqdan keçirilir. Belə robotlara əsasən "Uran-6" mina təmizləyən və "Uran-14" yanğınsöndürən maşınlar aiddir. Onların əsgərin həyat riskinin özünü doğrultmadığı işlərdə tətbiq olunması gözlənilir.

Bu robotlar "2025-ci ilə qədər perspektivli hərbi robot texnikasının yaradılması" kompleks proqramı çərçivəsində hazırlanır. Mühəndis qoşunu ilə yanaşı, onlardan, həmçinin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və partladıcıları zərərsizləşdirmə üzrə ixtisaslaşmış bəzi bölmələrində də istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə