Fransa prezidenti Rusiyanı dəstəklədi

Olland: "Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar dayandırılmalıdır"
Fransa prezidenti Rusiyanı dəstəklədi

Rusiyada iqtisadi böhran Avropa İttifaqının xeyrinə ola bilməz və Moskvaya qarşı tətbiq edilən sanksiyalar dayandırılmalıdır. TASS xəbər verir ki, bunu France Inter radiostansiyasının efirində çıxış edən Fransa Prezidenti Fransua Olland bildirib. O, sanksiyalar dayandırılmasına əsas şərt kimi Ukraynadakı münaqişəli vəziyyətin tənzimlənməsini görür.

Rusiyadakı iqtisadi böhranın Avropaya yaxşı heç nə vəd etmədiyini və sanksiyaları dayandırmağın vacib olduğunu deyən Fransa lideri Ukrayna məsələsi üzrə tərəflərin razılığa gələ bilməyəcəyi təqdirdə sanksiyaların əvvəlki formatda qalacağını da qeyd edib. "Ukrayna məsələsində müsbət addımlar atılacağı təqdirdə iqtisadi sanksiyalar aradan qaldırılmalıdır. Əgər belə olmasa, sanksiyalar əvvəlki formatında qalacaq" – deyə Olland vurğulayıb.

Ukrayna böhranına dair "normand dördlüyünün" yanvarın 15-də planlaşdırılan Astana görüşündən real irəliləyiş gözlədiyini bildirən Fransa Prezidenti, həmçinin deyib ki, Avropa Rusiyadan Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə