Ümumilikdə 80 % Ukrayna vətəndaşı ölkədə korrupsiya və rüşvətin ya əvvəlki şəkildə dəyişilməz qaldığını, ya da artdığını deyirlər. SİA xəbər verir ki, bu barədə Kiyevin beynəlxalq sosiologiya araşdırmaları institutunun apardığı sorğudan sonra qənaətə gəlinib.
Belə ki, 47,3% ukraynalı hesab edir ki, ölkədə korrupsiya və rüşvətxorluq Yanukoviç hakimiyyətində olduğu kimi, indi də davam edir. 31,8%-i isə bu faktorun artdığını deyirlər. Yalnız 5% Ukrayna vətəndaşı korrupsiya prosesinin aşağı düşdüyünü düşünürlər. Lakin bununla yanaşı, 15% əhali Ukraynada korrupsiya və rüşvət qiymətləndirmələri ətrafında yekun qərar verə bilməyib.
Maraqlıdır ki, aparılacaq islahatlarda güllələnmə hökmünün yenidən qüvvəyə minməsi barədə "hə" deyən ukraynalıların 5 %-i bu hökmün korrupsionerlərə də tətbiq olunması məqamında bütövlükdə bununla razılaşdıqlarını bildiriblər. Bununla da 5% dəfələrlə artıb. Belə ki, hər üç vətəndaşdan biri korrupsiya və rüşvətxorluqla mübarizədə Çində olduğu kimi güllələnmə hökmünün bərqərar olmasını istəyiblər. 16% vətəndaş birmənalı olaraq, 19,5%-i isə tərəddüdlə də olsa, bu qərarla razılaşıblar.
Radikallıqları ilə seçilən vətəndaşlar Nokolayevsk, Çernovitsdaya və Donetskdən olublar. Bu vilayətlərin sakinləri güllələnmə hökmü barədə qanun qəbul edilsə, həmin qanunu birmənalı şəkildə dəstəkləyəcəklərini deyiblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB