Pakistan mətbuatının verdiyi məlumata görə, ölkənin şimal qərbində-Şimali Vəziristan əyalətində terrorçuların zərərsizləşdirilməsi ilə bağlı aparılan əməliyyatlarda azı yeddi terrorçu məhv edilib. Məlumatda deyilir ki, "Təhrik-i-Taliban Pakistan" qruplaşmasının üzvləri əyalətdəki bazada görüş keçirərkən Amerika pilotsuz təyyarəsi binaya iki zərbə endirib.
Digər bir məlumatda bildirilir ki, yeddi terrorçudan əlavə qruplaşmanın bir lideri və daha üç üzvü öldürülüb.
Xatırladırıq ki, ötən ilin sonlarında terrorçuların Peçavarda hərbi məktəbə hücumu nəticəsində 148 şagird və müəllim həlak olmuş, 300 nəfər isə yaralanmışdı. Bundan sonra ölkədə terrorçuların məhv edilməsi istiqamətində aparılan əməliyyatlar gücləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB