ABŞ-ın Kentukki ştatında baş verən təyyarə qəzasında 7 yaşlı qız uşağı qurtulmağa nail olub. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, təyyarə ştatın cənub-qərbində yerə düşüb.
Yerli hüquq-mühafizə orqanlarının bildirdiklərinə görə, qəzadan sonra uşaq özü sərbəst şəkildə yaxınlıqdakı yaşayış evinə gedib. Nəticədə həmin evin sakinləri xilasediciləri qəza yerinə çağırıblar. Təyyarənin düşdüyü yerdə üç meyit aşkarlanıb. Onlar sərnişinlər və pilotdur. Qəzanın nəticələri araşdırılır. İlkin məlumatlara görə, ikimotorlu Piper PA-34 təyyarəsinin qəzaya uğramasına səbəb onun mühərrikində yaranmış problemlə əlaqəlidir. Hələlik, təyyarənin hara istiqamət aldığı və ölkənlərin 7 yaşlı qızın qohumları, yaxud yaxınları olması barədə informasiya verilməyib. Uşaq isə xəstəxanaya qaldırılıb. Onun sağlamlığında ciddi problemin olmadığı qeyd olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB