Polyaklar Ukraynanı tərk edir KÖÇ

Polyaklar Ukraynanı tərk edir KÖÇ

Polşa hökuməti Donetskdə yaşayan polyak kökənli sakinləri şəhərdən çıxarmaq qərarını verib. Proses yanvar ayının ikinci yarısından sonra başlayacaq. SİA xəbər verir ki, bu barədə Polşanın daxili işlər nazirliyinin rəsmisi Malqojatu Voznyak ölkənin "PAP" nəşrinə danışıb. Onun sözlərinə görə, Polşa hökuməti təhlükəsizlik baxımından dəqiq tarixi açıqlamır.

"Hazırkı şəraitdə biz Polşanın xarici işlər nazirliyi ilə sıx əməkdaşlıq edirik"-deyə Malqojatu Voznyak əlavə edib.

Daha öncə isə Polşanın xarici işlər naziri Qjeqoj Sxetına və daxili işlər naziri Teresa Piotrovska birgə keçirdikləri mətbuat konfransında demişdilər ki, 200 nəfər polyak mənşəli Ukrayna vətəndaşı Donetskdən çıxmağa hazırlaşır. Təqdim edilən yardımdan istifaə etmək üçün isə, Ukraynanın şərq vilayətlərində yaşayan və özlərini polyak hesab edən hər bir kəs sənəd şəklində özlərinin, o cümlədən ailələrinin tarixi köklərini sübut etməlidirlər.

Xatırladaq ki, polyakların Ukrayna ərazisindən çıxarılması prosesi dekabrın 29-na təyin olunmuşdu. Lakin sonradan bu tarix dəyişdirilərək, təhlükəsizlik üçün gizli saxlanılır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə