Rusiya hərbçiləri Ukraynanın Qorlovka şəhərini nəzarətə götürdü

Rusiya hərbçiləri Ukraynanın Qorlovka şəhərini nəzarətə götürdü

Ukraynanın "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk sosial şəbəkədə Rusiya hərbçilərinin Qorlovka şəhərinə daxil olduqlarını və şəhəri tam olaraq nəzarətə götürdüklərini qeyd edib. SİA xəbər verir ki, bu barədə ölkənin unian.net saytı yazır.

"Qorlovkaya 300 nəfərə qədər rusiyalı hərbçi daxil olub və şəhəri tam nəzarətə götürüb. Gəlmələr yeni kamufulyajlar geyiniblər və onların üzərlərində heç bir tanınma nişanları yoxdur. Onlar silah və texnika baxımından ən yüksək səviyyədə təmin olunublar"-deyə Tımçuk bildirib.

"İnformasiya müqaviməti" qrupunun koordinatoru həmçinin qeyd edib ki, rusiyalı hərbçilər şəhəri nəzarətə aldıqdan sonra, yerli separatçıların sayı kifayət qədər azalıb və hazırda orada sırf hərbi qanunlar işləyir.

Eyni zamanda bənzər hal Volnovaxi rayonunda da müşahidə olunub. Hərbi ekspert qeyd edib ki, adıçəkilən rayon ərazisində irəliləyən rusiyalı əsgərlər və texinka Ukraynanın antiterror qruplaşmasının dayandığı ön xəttə çatıblar . "Qarşı tərəfin 2 tam hazırlıqlı birləşmələri, 200 nəfərə qədər hərbçi və 6 ədəd zirehli texnika Volnovaxidədir"-deyə Tımçuk deyib. O, eyni zamanda Rusiya kəşfiyyatının da aktiv fəaliyyətdə olduğunu bildirib.

Xatırladaq ki, Krımın ilhaqı öncəsi də Rusiya hərbçiləri heç bir tanınma nişanı olmayan geyimlərdə və nömrə seriyaları olmayan həırbi texnikada yarımadaya daxil olmuşdular.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə