Madrid vağzalında fövqəladə vəziyyət TERROR

Madrid vağzalında fövqəladə vəziyyət TERROR

İspaniya paytaxtı Madridin Atoça dəmir yolu vağzalında terror hadisəsinin qarşısı alınıb. SİA "Sky News"-a istinadən xəbər verir ki, artlq ehtimal edilən terrorçu həbs olunub.

Telekanal tərəfindən qeyd edilb ki, qatar hərəkətdə olduğu zaman qadın sərnişinlərdən biri stop-kranı işə salıb və çantasındakı bombabı partlacağını qışqırıb. Nəticədə polis həmin qadını tutmağa müyəssər olub. Artıq hadisə yerinə partlayıcı qurğular üzrə mütəxəssislər gəlib və onların çanta üzərində işlədikləri bildirilir.

Xatırladaq ki, 204-cü ildə məhz Atoça dəmir yolu vağzalında özlərini "İslam mücahidləri" elan edən terrorçu qrup bir neçə bomba partlamağa nail olmuşdular. Nəticədə 191 nəfər insan terror olayında həyatını itirmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə