Pilotlarla bağlantı qurmaq mümkün olmayıb İDDİA

Pilotlarla bağlantı qurmaq mümkün olmayıb İDDİA

İndoneziya hökuməti dekabırn 28-də Sinqapura uçarkən Yavan dənizi üzərində qəzaya uğramış Malayziya təyyarəsinin yerdən idarə olunmasında səhvə yol verilməsi iddialarını doğru hesab etmədiyini bəyan edib. SİA xəbər verir ki, bu barədə yanvarın 2-də ölkənin hava nəqliyyatının təhlükəsiz idarə olunması departamentinin direktoru Vişnu Daryano deyib.

Onun sözlərinə görə, pilotların yerdəki dispetçerdən yüksəkliyi dəyişmək üçün etdiyi müraciətləridən sonra, o iki dəqiqəlik araşdırma aparıb və bundan sonra heyətlə əlaqə saxlamaq istərkən, bağlantı kəsilib: "Onlar təyyarədən edilən müraciətə cavab vermək istəyiblər. Lakin əlaqə kəsildiyindən, pilotlarla bağlantı qurmaq mümkün olmayıb".

Departament rəhbəri həmçinin bildirib ki, iki dəqiqəlik müddət heç də çox deyil. Belə ki, bir çox hallarda müraciətə cavab vermək üçün 6-6 dəqiqəlik vaxtlar da olur.

Qeyd edək ki, təyyarə qəzasından sonra Malayziya hökuməti İndoneziya dipetçerlərini günahlandıraraq, onların qəzaya səbəbkar olduqlarını bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə