Dünya yeni ili belə qarşıladı

Dünya yeni ili belə qarşıladı

Dünyanın bir çox iri şəhərlərinin meydanlarına toplaşan yüz minlərlə insan, atəşfəşanlıqla yeni ilə qədəm qoyublar. ABŞ-nın Nyu York şəhərinin "Times" meydanı insan axınına uğrayıb. Dondurucu soyuğa baxmayaraq meydana toplaşan bir milyona yaxın insan yüz ildən çoxdur davam etdirilən və ənənə halını alan ''kristal kürə '' mərasimini yerindən izləyib. Aralarında Taylor Swiftin də olduğu bir çox məşhur müğənni meydanda konsert verib.

Çinin Şanxay şəhərində yeni il tədbirlərində yaşanan izdiham nəticəsində 35 insan həyatını itirib. Bund bölgəsində keçirilən yeni il şənliyində isə 42 nəfər yaralanıb.

Almaniyada, başda paytaxt Berlin olmaq üzərə Hamburg, Köln, Frankfurt, Stuttgart və Münhen şəhərlərində xalq şəhərlərin iri meydanlarına toplaşaraq yeni ilə atəşfəşanlıq göstərisini izləyərək qədəm qoyub. Berlində yeni il şənliklərinin mərkəzi, tarixi Brandenburg Qapısı olub. Brandenburg Qapısı ilə Zəfər qalası arasındakı "17. Juni" adlı prospektdə saatlar 00:00 göstərən zaman 6 mindən çox fişəng partladılıb.

Rusiyanın paytaxtı Moskvada da , 2015-ci il atəşfəşanlıqla qarşılanıb . Minlərlə Moskvalı Qırmızı Meydanda bir araya gələrək yeni ili qarşılayıb. Tarixi meydanda görkəmli atəşfəşanlıq göstərisi təşkil olunub.

Danimarkada isə atəşfəşanlıq zamanı baş verən qəza nəticəsində 3 nəfər həyatını itirib 2 nəfər isə yaralanıb.

Hollandiyada yeni il coşğuyla qarşılanıb. Xüsusilə Rotterdam və Amsterdamda toplanan on minlərlə insan, ilin ilk gününü rəqs edərək qeyd ediblər.

Balkan ölkələri yeni ilə, iri konsert tədbirləri ilə qədəm qoyublar Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Çernoqoriya, Makedoniya, Albaniya və Kosovada xalq, havanın çox soyuq olmasına baxmayaraq küçələrə, meydanlara axışıb. Balkan ölkələrinin paytaxtlarında təşkil edilən konsertlərdə əylənən vətəndaşlar yeni ili atəşfəşanlıqla qarşılayıblar.

Fransanın paytaxtı Paris, yeni ili "Champs-Elysees" bulvarında təşkil edilən işıq nümayişləri ilə qarşılayıb. Yeni ili qarşılamaq üçün təqribən 300.000 insan paytaxt Parisdəki bulvara toplaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə