53 nəfər öldü, 86 mindən çox insan təxliyyə edildi

53 nəfər öldü, 86 mindən çox insan təxliyyə edildi

Filippinin mərkəzi və cənub hissələrində daşqınlar və qasırğanın səbəb olduğu sürüşmə nəticəsində ölənlərin sayı 53-ə çatıb, 86 mindən çox insan təxliyyə edilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bundan əvvəl 20 nəfərin öldüyü, 15 min nəfərin təxliyyə edildiyi barədə məlumat verilib.

"Senyanq" adını almış qasırğa Filippinin cənub adalarında bazar ertəsi baş verib. O, bir müddət sonra ölkənin mərkəzi hissəsinə doğru hərəkət edib. Dünən qasırğa ölkənin mərkəzi əyalətlərini əhatə edib. Təbii fəlakət zərbəsinə qədər bölgədə 1.7 min insan təxliyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə