Axtarış komandası bir necə gün öncə yoxa çıxan "AirAsia Indonesia" şirkətinə məxsus QZ8501 saylı təyyarənin hissələrini tapıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə İndoneziya rəsmiləri bildirib.
Axtarışlar aparılan Yava dənizində təyyarənin qalıqları və insan bədəni güman edilən obyekt müşahidə olunub. İndoneziyalı rəsmilər qalıqların itən təyyarəyə aid olduqlarına 95% əmin olduqlarını deyiblər.
Rəsmi məlumata görə, okean sularında havadan aparılan axtarışlar zamanı təyyarə qapısı və təcili vəziyyətdə çırmaq üçün olan sürüşkənə bənzəyən qaraltılar müşahidə edilib. İndoneziya Hava qüvvələrinin rəsmisi Aqus Dvi Putranto keçirilən mətbuat konfransında 10-a yaxın hissə aşkar etdiklərini deyib.
Bu açıqlamadan bir saat sonra isə tapılan qalıqların "AirAsia" təyyarəsinə məxsus olduğu təsdiqlənib.
Xatırladaq ki, 162 nəfər sərnişin daşıyan təyyarə İndoneziyadan Sinqapura uçuş edərkən Yava dənizi səmasında yoxa çıxıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB