25 yaşlı gənc prezidentliyə namizədliyini irəli sürdü və…

25 yaşlı gənc prezidentliyə namizədliyini irəli sürdü və…

Xorvatiyada keçirilən prezident seçkilərində səslərin 99.61 faizinin sayımı başa çatıb. SİA-xarici mətbuata istinadən verdiyi xəbərə görə,hazırki prezident Yosipoviç 38,5 faiz səs ilə ən çox səs toplayan namizəd olub. Xorvatiya Dövlət Seçki Komissiyasının internet saytında yer alan xəbərdə ilkin nəticələr belə olub: Sosial Demokrat Partiyasının namizədi İvo Yosipoviç 38,5 faiz, Xorvat Demokratik Birliyinin namizədi Kolinda Grabar Kitaroviç 37,17 faiz, "Canlı Divar" siyasi təşkilatının namizədi İvan Vilibor Sinçiç 16,44 faiz, Xorvatiya Birliyinin namizədi Milan Kuyunciç 6,28 faiz səs toplayıb.

Seçkinin maraqlı edən xüsusiyyətlərindən biri isə, "Canlı Divar" siyasi təşkilatının namizədi İvan Vilibor Sinciçin gənc olmağına və siyasi təcrübəsinin olmamasına baxmayaraq aldığı reytinq olub. Belə ki, o 16, 44 faizlə Xorvatiya Birliyinin (6,28) faizindən daha çox səs toplayıb. Seçkidə vətəndaşların 47,11 faizi iştirak edib. 1,56 faiz səs isə qeydə alınmayıb.

Qeyd edək ki, seçkinin nəticələrinə əsasən ilk turda ən çox səs alan Yosipoviç ilə Kitaroviç 11 yanvar 2015- ci ildə ikinci turda yarışacaqlar. İlk turun rəsmi nəticələrinin isə sabah açıqlanacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə