Türk yük gəmisi batıb

İtaliyanın xəbər agentliyi "ANSA", Ravenna limanına 2 mil uzaqlıqda olan ərazidə, Beliz dövlətinin bayrağını daşıyan bir yük gəmisi ilə toqquşan Türk yük gəmisinin batmağa başladığını açıqlayıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 11 nəfərin itkin düşdüyü bildirilir. Bəzi İtalyan mətbuat orqanları isə hadisə nəticəsində 8 nəfərin xilas edildiyini, 3 nəfərin isə itkin düşdüyünü bildirib.

Ravenna şəhərinin yerli mətbuatının məlumatına görə Türk yük gəmisinin adı "Baron", digərinin adı isə "Lady Aziza" olub.
Ravenna Bələdiyyə Başçısı Fabrizio Matteucci, yerli saatla 09:30 radələrində meydana gələn qaza gəmilərdən birinin "Porto CORSINI" limanından çıxması, digərinin isə girişi əsnasında baş verdiyini qeyd edib. Digər tərəfdən, İtaliya Baş naziri Matteo Renzi də Twitter hesabındakı paylaşımında hadisənin Yunanıstan sularında İtalyan gəmisinin yanması ilə bağlı ola biləcəyini də açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə