Hava limanında saxta pasportdan istifadə edən altı nəfər həbs olunub

Hava limanında saxta pasportdan istifadə edən altı nəfər həbs olunub

İndoneziya polisi Cakartanın Sukarno-Hatta aeroportunda saxta pasportdan istifadə etməkdə şübhəli bilinən altı nəfəri saxlayıb. Dekabrın 27-də 10 yaşından 48 yaşınadək olan altı nəfər Qətərin Doha şəhərinə uçan təyyarəyə saxta pasportla minməyə cəhd edib.

Polisin yaydığı məlumatda həmin şəxslərin "İslam dövləti" terrorçu təşkilatına qoşulmaq istədiklərini bildirdikləri qeyd edilib.

İndoneziya dünyada müsəlmanların yaşadığı ən böyük dövlətdir. Bu yaxınlarda internetdə İndoneziya dilində insanları "İslam dövləti" terrorçu təşkilatını müdafiəyə səsləyən çağırış yerləşdirilmişdi.AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə