İran səfirliyi: “Xomeyni Mehmed Ağcaya II İohan Paveli öldürmək əmri verməyib” SKANDAL
İranın Serbiyadakı səfirliyi türkiyəli terrorçu Mehmed Ağcanın Ruhulla Musəvi Xomeyninin ona Roma papası II İohan Paveli öldürmək əmri verməsi haqqında irəli sürdüyü iddiaların yalan olduğunu bəyan edib. SİA-xəbər verir ki, bu barədə "ap" agentliyi məlumat yayıb.
"İmam Xomeyni zəngin imanlı həyatında digər dinlərə dərin hörmət bəsləyirdi. O cümlədən, Xomeyninin Roma papası ilə yaxşı əlaqələri mövcud idi".
Qeyd edək ki, Məhəmməd Ağca bu həftə Serbiya telekanalına verdiyi müsahibəsində "Mənə cənnət söz veriblər" kitabı haqqında danışarkən, İran ayətullahının ona Roma papasına sui-qəsd etməsi verdiyini bəyan edib.
Xatırladaq ki, 13 may 1981-ci ildə Ağca roma Papasına uğursuz sui-qəsd etmişdi. Papa əlindən və qarnından güllə yarası almışdı. Mehmet Ağca hadisə yerindəcə həbs olunmuşdu. O, 19 il İtaliya həbsxanasında qalmış, yalnız 2000-ci ildə ölkəsinə ekstradisiya edilmişdi. Ağca 2006-cı ilə qədər Türkiyə həbsxanasında saxlanıldıqdan sonra azadlığa çıxıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB