Yəmənin şiə üsyançıları – Husitlər bu gün paytaxt Sənada kəşfiyyat xidmətinin generalını oğurlayaraq, naməlum istiqamətə gediblər. SİA xəbər verir ki, bu barədə frans-press agentliyi məlumat yayıb. Məlumatda bildirilir: "General Yəhya Əl-Mərrani bu gün səhər saatlarında Husit silahlıları tərəfindən Sınada yaşadığı evdən oğurlanıb".
Məlumatda bildirilib ki, onlar 20 nəfərə yaxın olublar və generalın evinə silahlı basqın düzənləyiblər. Yüksək rütbəli zabitin yaxın qohumu da baş verənləri inkar etməyərək bildirib ki, Əl-Mərrani beş ildir ki, Səəda vilayətinin polis idarəsinə rəhbərlik etməklə yanaşı, kəşfiyyat rəisi xidmətində çalışır. O, eyni zamanda Yəmənin baş kəşfiyyatçısıdır. O, bu vəzifəyə Yəmən prezidenti Əbd Rəbbo Mənsur Hadinin əmri əsasında yiyələnib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB