“Əl Cəzirə” “Jazeera Mubasher Misr” TV kanalını bağladı

Səbəb Misirin yeni hökumətini tənqid etməkdir
“Əl Cəzirə” “Jazeera Mubasher Misr” TV kanalını bağladı

Qətərin "Əl-Cəzirə" mediaholdinqi ona məxsus və peyk vasitəsilə yayımlanan "Jazeera Mubasher Misr" TV kanalını bağlayıb. SİA xəbər verir ki, mediaholdinqin rəhbəri bunu adıçəkilən telekanalın Misir hökumətni tənqid etməsi olub.

Qeyd edək ki, adıçəkilən kanal Misirdə "Müsəlman qardaşları"nı müdafiə edən və bu qrupun üzvlərinə tribuna verən yeganə ərəb kanalı idi. Belə ki, "Jazeera Mubasher Misr" bugünlərdə Misir prezidenti Abdel Fəttah əs-Sisinin Qətər əmirliyinin xüsusi nümayəndələri və Səudiyyə Ərəbsistanın kralı ilə görüşünü sərt şəkildə tənqid edib. "Əl-Cəzirə" rəhbərliyi isə bu tənqidin yersiz olduğunu bəyan edərək, ona məxsus "Jazeera Mubasher Misr" TV kanalını bağladığını elan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə