Fransanın Dijon şəhərində bir kişi "Allahu əkbər" qışqıraraq, öz avtomobili ilə piyadaların üzərinə şütüyüb. SİA "Le Parisen"nə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 insan yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, hadisəni törədən şəxs idarə etdiyi avtomobili ilk öncə şəhər meydanında dayanmış 4 nəfərin üzərinə sürüb. Daha sonra isə 3 dəfə ayrı-ayrı yerlərdə bu hadisəni təkrarlayıb. Polis həmin şəxsi yaxalaya bilib. Həbs olunduğu anlarda həmin şəxs "Fələstinli uşaqların adına" sözlərini də qışqırıb. Daha sonra dəqiqləşdirilib ki, bu şəxs 1974-cü ildə anadan olub və psixi pozğunluqdan əziyyət çəkir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB