Misir və Qətər BARIŞDI

Rəsmi Qahirə ilə rəsmi Doha arasındakı gərginlik 2013-cü ilin iyulunda əs –Sisinin hərbi rəhbərliyi ilə prezident Məhəmməd Mursinin və onun "Müsəlman qardaşları" təşkilatının hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlamışdı. SİA ərəb informasiya mənbələrinə istinadən xəbər verir ki, Qətər islamçılarla yaxın münasibətdə olub və onlarla sıx əməkdaşlıq edib. Eyni zamanda, Qətər hakimiyyəti "Müsəlman qardaşları"-na güclü maliyyə dəstəyi də göstərib. Lakin "qardaşlar" gizli fəaliyyətə keçdikdən sonra rəsmi Doha onlara yardımlarını əsirgəməyib. Bundan əlavə, Qətər əmirliyinin rəsmi şəxlsəri dəfələrlə Misir hakimiyyətini kəskin tənqid edən fikirlər səsləndirib. O cümlədən, Misir rəsmiləri də Qətərin hakim dairələrini "xalça" üzərinə dəvət edərək, onların iddialarına qarşı öz arqumentlərini qoyacaqlarını bildiriblər. beləliklə, hər iki ərəb ölkəsi arasında ciddi diplomatik qarşıdurmalar yaşanırdı.

Lakin bu ərəfədə Səudiyyə Ərəbistanı Misirlə Qətər arasındakı fikir ayrılığını aradan qaldırmaq üçün hərəkətə keçib. Belə ki, bu ilin nooyabrında Ər-Riyadda Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Qətərlə danışıqlara apararaq, ortada olan fikir ayrılığını aradan qaldırmaq üçün razılıq əldə ediblər. Eyni zamanda, Dohadan geri çağırılmış diplomatik missiyaların da geri qaytarılmaları üçün müvafiq qərar qəbul olunmuşdu. Həmin zaman Sədusiyyə Ərəbistanın kralı Absullah ibn Əbdül Əziz Əl Səud Misir rəhbərliyinə barışıq razılaşmasına imza atamasını təklif etmişdi.

Nəticədə Misirin prezzident adminstrasiyası bəyan edib ki, əs-Sisi Qətərlə ümumi razılığa gəlmək üçün imkanın yarandığını deyib. Qətər əmirliyinin şeyxi Təmimə bin Həmada Əl Tani də bəyan edib ki, onun hökuməti tam olaraq, qardaş Misir respublikasının bu addımını dəstəkləyir və ərəb islam aləmində bu ölkə ilə yeni əməkdaşlıq qurmağa hazırdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə