Avstraliyanin Sakit Okean sahilindəki Kerns şəhərində (ölkənin şimal-şərq hissəsindəki Kvinslend ştatı) yerləşən evlərin birində səkkiz uşaq meyiti aşkarlanıb. SİA "australian" nəşrinə istinadən xəbər verir ki, uşaqlar soyuq silahla qətlə yetiriliblər. Qətlə yetirilənlərin yaşı 1 yaş səkkiz aylıqdan başlayaraq, 15 yaşa qədərdir. Cinayət yerində bıçaq yarası almış daha bir qadın aşkarlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Polisə də, həmin yaralı qadın telefon zəngi edib. Hazırda onun hüquq-mühafizə orqanlarına cinayəti işi açmaq üçün yardım etdiyi bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB