ABŞ Dövlət Departamenti Barak Obamanın "Ukraynanın azadlığına dəstək aktı" qanun layihəsinə imza atması barədə yayılan informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın rəsmi "ikrinform" saytı məlumat yayıb.
"O, (Cen Psaki-red.) həqiqətən də bu barədə danışıb. Lakin onun sözləri həqiqət deyil. Biz artıq həmin stenoqrammda düzəlişlərimizi etmişik. Barak Obama həmin qanun layihəsini imzalamayıb"-deyə, Departament tərəfindən bildirilib.
Xatırladaq ki, ötən gün keçirilən press-brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan etmişdi ki, "Ağ Ev"in rəhbəri həftənin ikinci günü "Ukraynanın azadlığına dəstək aktı" sənədini imzalayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB