İran Azərbaycanla sərhəddə aeroport inşa edir

İran Azərbaycanla sərhəddə aeroport inşa edir

İran İslam Respublikası Azərbaycanla sərhəddə yeni aeroportun tikintisinə başlayır. SİA-ya daxil olan məlumata görə, hava limanı "Araz" azad iqtisadi zonada (AİZ) inşa ediləcək.

"Artıq aeroportun tikintisi üçün lazım olan lisenziya alınıb. Aeroportun tikintisi azad iqtisadi zonanın infrastruktur inkişafına səbəb olacaq" -deyə, "Araz" AİZ-nın direktoru Mohsen Hadem Ərəbbaqi "mehr news"-ə açıqlamasında deyib.

Qeyd edək ki, aerportun sahəsi 300 hektar ərazini əhatə edir və onun 2 il müddətində tikilərək istifadəyə verilməsi planlaşdırılır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə