Prezident: "ABŞ konflikt hazırlayır" QALMAQAL

Prezident: "ABŞ konflikt hazırlayır" QALMAQAL

Venesuela prezidenti Nikolas Madura ABŞ-ı ittiham edən yeni iddia ilə çıxış edib. SİA Venesuelanın "noticias" portalına istinadən xəbər verir ki, o, bu barədə dövlət məmurları ilə görüşündə iştirak edərkən bəyan edib. Prezident bildirib ki, Vaşinqtonun bu addımı hər bir dövlət məmuru tərəfindən diqqətdə saxlanılmalıdır.

"Venesuelaya qarşı maliyyə izləmələri davam edir. Bu onun üçün edilir ki, biz iqtisadi və maliyyə problemlərimizi həll etməyək. Nəticədə ABŞ Venesuelaya qarşı sanksiyalar tədbiq etməyi planlaşdırır".

Qeyd edək ki, ötən həftə Amerika senatı insan hüquqlarını pozan veneuelalı dövlət məmurlarına vizaların verilməsini qadağan edən qanun qəbul edib. İndi isə bu qanunu aşağı palata da müzakirə etməlidir. Barak Obama adminstrasiyası isə bu qanunu dəstəkləyəcəyini bəyan edib.

Venesuela prezidenti daha sonra bildirib: "Əgər belədirsə, cənab imperialistlər, buyurub öz vizalarınızla bərabər hara istəsəniz cəhənnəm ola bilərsiniz"

Madura onu da qeyd edib ki, ABŞ yalnız bu kimi məsələlərdə deyil, o cümlədən Venesuela ordusunun yüksək rütbəli zabit heyətinə də sanksiyalar tədbiq etmək istəyir: "Lakin bütün bunlara baxmayaraq, Venesuela ordusunun hər bir təmsilçisi yüksək ruhla sosialist inqilabının mühafizəsində dayanıblar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə