Ukraynanın şərqində bu ilin aprelindən etibarən başlayan hərbi münaqişə zamanı ən azı 4634 nəfər həlak olub, 10 342 nəfər yaralanıb, 568 min nəfər isə evlərini tərk etməyə məcbur olub.
Bu barədə məlumat dekabrın 12-də BMT-nin humanitar məsələlərə dair koordinasiya idarəsi tərəfindən dərc edilmiş məruzədə verilir. Məruzədə dekabrın 9-da imzalanan və həftə ərzində davam edən son atəşkəsdən indiyədək BMT-yə dinc sakinlərin həlak olması haqqında faktların daxil olmadığı da qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB