Moskva birjasında avronun məzənnəsində yeni rekord müəyyənləşib və 72 rubla çatıb. SİA-nın məlumatına görə, eyni zamanda, dolların məzənnəsi 58 rubla yaxınlaşıb. Lakin bundan sonra hər iki valyuta rubla qarşı xeyli ucuzlaşıb. Məzənnənin istiqamətinin dəyişməsindən əvvəl avronun məzənnəsi 2 rubl artaraq 72,137 rubla qədər artıb. Dolların məzənnəsi isə 57,986 rubl məbləğində maksimum həddə çatıb. Moskva birjasında bu valyutaların satış həcmi 300 mln. dollardan çox olub ki, rublun məzənnəsinin kəskin möhkəmlənməsinə gətirib çıxarıb. Bir neçə dəqiqə ərzində dolların məzənnəsi 57,98 rubldan 56,5 rubla qədər enib, avronun məzənnəsi ilə 72,13 rubldan azalaraq 70,3 rubla düşüb. Bu valyutaların kütləvi satışı dayandıqdan sonra rublun məzənnəsi yenidən zəifləməyə başlayıb. Dolların məzənnəsi Moskva birjasında 57,355 rubl təşkil edib ki, bu da əvvəlki hərracların bağlanma səviyyəsinə nisbətən 91,5 qəpik daha çoxdur. Avronun məzənnəsi isə həmin vaxta 71,3 rubl təşkil edib ki, bu da hərraclar bağlanarkən olduğu səviyyədən 1,4 rubl yüksəkdir.
Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina bildirib ki, valyuta bazarında köpük əmələ gəlib. Onun sözlərinə görə, əvvəllər bazarda valyuta əməliyyatları ilə məşğul olmayan yeni-yeni iştirakçılar meydana çıxır.
İstintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkin ilə qanunu pozan valyuta spekulyantları ilə mübarizəni "ölkədə iqtisadi vəziyyətin sabitləşməsi təmin etmək üçün ən vacib məsələ" adlandırıb. Bastrıkin cinayət məcəlləsinə bununla bağlı düzəlişlər etməyi təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB