ABŞ-da yaşayan hindu qəbilələrinə dövlət tərəfindən narkotik maddə hesab edilən marixuana yetişdirmək icazəsi verilib. SİA ABŞ-ın "fox news" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi qərar qəbul edib.
Lakin qeyd olunur ki, ABŞ hökumətinin belə bir qərar qəbul etməsi gələcəkdə yeni növ biznesin yaranmasına gətirib çıxara bilər. Belə ki qərara qədər hindu qəbilələrinin çox az hissəsi narkotik maddələrin yetişdirilməsi və satışı ilə məşğul olub.
Bu arada Oreqon ştatının baş prokuroru Amanda Marşall deyib ki, marixuana yetişdirən hindu qəbilələri əsasən Kaliforniya, Vaşinqton və Mərkəzi Qərb ərazilərində məskunlaşıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB