Bir ildən sonra Ermənistanın xarici borcu 5 milyard ABŞ dolları olacaq
Ermənistan çökür

Bu ilin sonuna olan məlumata görə, Ermənistanın borcu 4,2 milyard ABŞ dolları civarındadır. SİA xəbər verir ki, bu barədə "armenianreport" yazır. Sözügedən məlumata görə, Ermənistan parlamenti artıq növbəti kreditləri götürmək üçün çoxsaylı iclaslar keçirir. Belə ki, alınacaq kreditlər elektroenerjiyə, su təchizatına və xidmət sferalarına xərclənəcək. Bu məbləğ isə 260 miyon ABŞ dolları civarındadır. Bildirilir ki, əgər bu ilin sonu Ermənistanın xarici borcu 4,2 milyard dollardırsa, gələn il bu rəqəm 5 milyardı ötə bilər. Beləliklə, bu ölkə hakimiyyətinin məqsədi yeni kreditlər götürməklə, köhnə borcları bağlamaqdan ibarətdir.

"Aykakan Jamanak" qəzeti isə yazır ki, bu Ermənistan üçün yaxşı siqnal deyil. Belə ki, yaranan borcun əsas səbəbi kimi korrupsiyanın çiçəklənməsi göstərilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə