ABŞ hərbi-dəniz donanması Fars körfəzində yeni lazer silahını sınaqdan çıxarıb
Admiral Metyu Klander bildirib ki, yeni silahın sınağı "gözləntilərdən də uğurlu olub". O həmçinin qeyd edib ki, ümumi dəyəri 40 mln dollar olan lazer silahı desant gəmisinin göyərtəsində yerləşdirilib.
"Bu ilk belə haldır ki, enerji istifadə edən silah platformada yerləşdirilib", - deyə Klander bəyan edib.
Məlumata görə, 30 kVt gücündə olan lazer iki saniyəlik kiçik pilotsuz təyyarəyə yönəldilib.
Bu müddət ərzində elektron aparatın bütün elektronikası əriyib. Lazer, həmçinin uçuşda olan raketin məhvi üçün istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB