ABŞ-ın Missuri ştatında dünən səhər saatlarında 48 yaşlı Pol Gudvin edam edilib. SİA-nın məlumatıma görə, "associated press" yazır ki, ölüm inyeksiyası 2014-cü il ərzində sayca onuncu olub. Bundan sonra Missuri ştatı həyata keçirilən edam cəzalarının sayında görə Texas ştatını üstələmiş olub.
Qeyd edək ki, zəhərli inyeksiya Gudvinin bədəninə yeridildikdən sonra, o, hələ səkkiz dəqiqə yaşayıb. Edam olunan şəxs 1998-ci ildə qonşu qadını çəkic zərbəsi ilə öldürmüşdü.
Qeyd edək ki, ABŞ-da bu gün hələ də edam hökmləri qüvvədə qalmaqdadır. Bir neçə ştatda bu cəzanın tədbiqi ləğv edilsə də, edam cəzası əksər ştatlarda həyata keçirilir. Belə ki, ABŞ-da edam cəzaları bədənə zəhərli inyeksiya yeridilməklə, asılmaqla və elektrik kürsüsündə bədənə yüksək voltlu cərəyan vurulmaqla reallaşdırılır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB