Baş nazir: “ABŞ avtoritetini itirə bilər” SKANDAL

Baş nazir: “ABŞ avtoritetini itirə bilər” SKANDAL

"İşgəncə vermək məsələsində ABŞ öz avtoritetini itirə bilər". SİA xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Belə ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron jurnalistlərlə brifinq keçirərkən ABŞ agentlərinin işgəncələrə yol verməsi barədə ona ünvanlanan suala cavabında deyib ki, belə olan halda ABŞ öz nüfuzunu itirmək təhlükəsini yaşaya bilər.

Britaniyalı baş nazir jurnalistlərin ona "Britaniya agentləri də bu kimi işgəncələrdə amerikalı həmkarlarına yardım göstəriblərmi?" sualına cavab olaraq bildirib ki, 2001-ci il 11 sentyabr hadisəsindən sonra doğru olmayan hadisələr baş verib: "Məsələyə aydınlıq gətirərək demək istərdim ki, işgəncə bütün zamanlarda doğru olmayıb".

Xatırladaq ki, ABŞ senatının kəşfiyyat məsələləri üzrə Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 500 səhifədən ibarət məruzəsini və nəticələrini əks etdirən proqramını ictimailəşdirib. Həmin proqramda MKİ-nin terrorizmdə şübhəli bilinən insanları həbs etməsi, eləcə də sorğu-suala çəkməsi barədə məlumatlar yazılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə